Günün oyunları: Bu gün İngiltərədə çempion bəlli ola bilər
Bu gün İngiltərə Premyer Liqasında çempionluğun taleyinə təsir edəcək oyun var.
90plus.az xəbər verir ki, günün mərkəzi qarşılaşmalarından biri “Bornmut” – “Mançester Siti” matçıdır. Oyun Bakı vaxtı ilə 22:30-da start götürəcək. Qarşılaşma İdman TV, Digiturk Play Turkey, beIN Sports 4, beIN CONNECT Turkey və TOD Turkey vasitəsilə canlı yayımlanacaq.
Bu matç çempionluq mübarizəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əgər “Mançester Siti” səfərdə “Bornmut”a məğlub olarsa, “Arsenal” rəsmən Premyer Liqa çempionu olacaq. “Siti” qələbə qazandığı halda isə titulun taleyi son turda həll olunacaq.
Hazırkı turnir cədvəlində vəziyyət belədir:
Günün digər oyunu isə “Çelsi” – “Tottenhem” qarşılaşmasıdır. London derbisi saat 23:15-də başlayacaq və Setanta Sports 1, Digiturk Play Turkey, beIN Sports 3, beIN CONNECT Turkey və TOD Turkey platformalarında yayımlanacaq.
Premyer Liqada çempionluq yarışı və Avropa kuboklarına vəsiqə mübarizəsi gərgindir.
© Copyright 2026, All Rights Reserved