Sergen Yalçın “Beşiktaş”dan getdi
“Beşiktaş”da baş məşqçi ayrılığı rəsmiləşib.
90plus.az xəbər verir ki, İstanbul klubunun çalışdırıcısı Sergen Yalçın postunu tərk edib. Təcrübəli mütəxəssisin klub prezidenti Serdar Adalı ilə keçirdiyi görüşdən sonra bu qərarın verildiyi bildirilib - TRT Spor.
53 yaşlı məşqçi 2025-ci ilin avqustundan etibarən komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Beşiktaş” cari Superliqa mövsümünü 60 xalla 4-cü sırada tamamlayıb.
Qeyd: Sergen Yalçın daha əvvəl də — 2020/21 mövsümündə “Beşiktaş”ın baş məşqçisi olub və həmin dövrdə komandanı çempionluğa daşımağı bacarmışdı.
© Copyright 2026, All Rights Reserved