Azərbaycan Kuboku, Final: Hakimlər bilindi
Kubok finalının baş hakimi müəyyənləşdi.
90plus.az xəbər verir ki, Azərbaycan Kubokunun final görüşünü idarə edəcək hakimlər briqadası açıqlanıb.
Həlledici qarşılaşmada "Sabah" ilə "Zirə" üz-üzə gələcək. Oyunun baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov təyin edilib. Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
VAR otağında Tural Qurbanov çalışacaq. Ona AVAR kimi Rəhman İmami kömək edəcək. Ehtiyat köməkçi hakim vəzifəsi Gülnurə Əkbərzadəyə həvalə olunub.
Qarşılaşma mayın 13-də “Palms Sports Arena”da keçiriləcək və start fiti saat 20:00-da səslənəcək.
© Copyright 2026, All Rights Reserved