"Biz kuboklar qazanmaq istəyirik" Koke
“Atletiko” klubunun kapitanı Koke komandanın yeni mövsümdə “Real” və “Barselona”nı üstələmək şanslarından danışıb.
90plus.az xəbər verir ki, oyunçu çempionluq titulu uğrunda mübarizə apara biləcəklərini söyləyib:
“Biz çempionluq titulu uğrunda mübarizə apara bilərikmi? Bunu özümüzdən tələb etməliyik. Niyə də yox? “Real” və “Barselona”nın, eləcə də “Mançester Siti” kimi Avropanın ən yaxşı komandalarının səviyyəsini bilirik, lakin biz iddialı olmalı və ən yüksək hədəflərə çatmalıyıq. Çempion ola bilməsək, heç olmasa, mübarizə aparacağıq. Aydındır ki, biz kuboklar qazanmaq istəyirik”.
Qeyd: “Real” klubu La Liqanın yeni mövsümündə favorit hesab olunur. Klub heyətini Kilian Mbappe ilə gücləndirib.
Mənbə: Marca
© Copyright 2026, All Rights Reserved