Brazilyalı futbolçu silahlı hücuma məruz qalıb
David Neres silahlı hücuma məruz qalıb
90plus.az xəbər verir ki, hadisə "Parma"ya qarşı oyundan (2:1) sonra Neresin stadiondan çıxaraq hotelə qayıtdığı zaman baş verib.
Məlumata görə, soyğunçular futbolçunun maşınının şüşələrini sındırıb, idmançını silahla hədələyərək, "Rolex" saatını oğurlayıblar. Hadisə zamanı Neresin həyat yoldaşı da avtomobildə olub.
Qeyd: David Neres bu il "Napoli"yə "Benfika"dan transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved