“Atletiko” prezidenti xəbərdarlıq etdi: “Əl çəkin, Alvaresdən”
“Atletiko Madrid”in prezidenti Enrike Sereso "Barselona" klubuna açıq xəbərdarlıq edib və onları futbolçusu Xulian Alvares üçün maraqlarından əl çəkməyə çağırıb.
90plus.az xəbər verir ki, "Atletiko Madrid"in "Arsenal"a qarşı Madriddə keçiriləcək Çempionlar Liqası oyunu öncəsi danışan Sereso deyib:
“Xulian ‘Atletiko Madrid’in futbolçusudur. Bu gün də belədir, sabah da belə olacaq, gələn mövsüm də. Bu mövzuda israr etmək açığı məni incidir.”
Sereso əlavə olaraq, Alvaresin “Barselona”ya vurduğu qollarla bağlı katalon klubuna sataşıb. O, həmin qolların “Barselona”nı həm İspaniya Kral Kubokundan, həm də Çempionlar Liqasından kənarlaşdırdığını xatırladıb:
“Mən qolları sevirəm, ona görə də ‘Barselona’ya qarşı oynamağı həmişə xoşlayıram.”
Qeyd olunur ki, “Barselona”nın Alvareslə bağlı səylərində heç bir irəliləyiş yoxdur, çünki “Atletiko Madrid” oyunçunu satmaq niyyətində deyil.
© Copyright 2026, All Rights Reserved