Britaniyada qələbə Norrisin oldu
90plus.az xəbər verir ki, Formula 1 üzrə dünya çempionatında mövsümün 12-ci yarışı – Böyük Britaniya Qran-Prisi bu gün baş tutub. "Silverstone" trasında keçirilən və 52 dövrədən ibarət olan yarışda qalibiyyət "McLaren" pilotu Lando Norrisə qismət olub.
Yarışı Lando Norris birinci, onun komanda yoldaşı, avstraliyalı Oscar Piastri ikinci, "Kick Sauber"in alman pilotu Nico Hülkenberq isə üçüncü yerdə başa vurub.
37 yaşlı Nico Hülkenberq üçün bu nəticə xüsusi əhəmiyyət daşıyır – o, 15 illik Formula 1 karyerasında ilk dəfə olaraq podyuma çıxmağı bacarıb.
© Copyright 2026, All Rights Reserved