Bürünc medal Braziliya yığmasının oldu
Taylandın paytaxtı Banqkokda keçirilən 2025 FIVB Qadınlar arasında Dünya Voleybol Çempionatında Braziliya millisi türkiyəli baş məşqçi Ferhat Akbaşın rəhbərlik etdiyi Yaponiya üzərində 3:2 hesablı qələbə qazanaraq bürünc medalın sahibi olub.
90plus.az xəbər verir ki, qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk iki setdə üstün olan Yaponiya (25:12, 25:17) sonrakı setlərdə təşəbbüsü əldən verib. Braziliya üçüncü və dördüncü setləri 25:19 və 29:27 hesabı ilə qazanaraq oyunu tay-brekə daşıyıb. Həlledici setdə isə 18:16 hesabı ilə qalib gələn Braziliya çempionatı üçüncü pillədə başa vurub.
Bu nəticə ilə Yaponiya 15 ildən sonra ilk dəfə Dünya Çempionatının yarımfinalına yüksəlsə də, medalı əldən verib. Ferhat Akbaş isə Dünya Çempionatı tarixində yarımfinala yüksələn ilk türkiyəli baş məşqçi kimi adını tarixə yazdırıb.
Oyun salonu: Huamark (Banqkok)
Baş hakimlər: İvaylo İvanov (Bolqarıstan), Ksenija Jurkoviç (Xorvatiya)
Yaponiya millisi: Seki, İşikava, Airi, Vada, Yoşino, Şimamura (Kojima, Fukudome, Tsukasa, Akimoto, Yamada, Araki, İvasava, Kitamado)
Braziliya millisi: Julia, Roberta, Qabi, Diana, Rosamaria, Berqmann (Marselle, Makris, Kisy, Helena)
Setlər üzrə nəticə: 12–25, 17–25, 25–19, 29–27, 16–18
© Copyright 2026, All Rights Reserved