Cokoviçin adına muzey olacaq!
Paris-2024-ün çempionu, dünyaca məşhur serbiyalı tennisçi Novak Cokoviçə həsr olunmuş muzey tikiləcək.
90plus.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuyçiç bunu deyib.
O, 37 yaşlı idmançının ölkə üçün xidmətlərinə görə bunu edəcəklərini deyib.
Muzeyin tikintisi yaxın zamanda başlayacaq. Cokoviç isə Olimpiya qızılına görə aldığı 200 min avro mükafatı humanitar məqsədlərə bağışlayacaq.
Novak Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarında tennis üzrə kişilərin fərdi yarışında qızıl medal qazanıb. O, həmçinin Böyük Dəbilqə yarışlarının 24 qat qalibidir.
© Copyright 2026, All Rights Reserved