Culius Rendldən "double-double": "Minnesota" seriyanı bərabərləşdirdi
NBA-in Qərb Konfransında keçirilən pley-off yarımfinal seriyasının ikinci qarşılaşmasında "Minnesota" doğma meydanda "Qolden Steyt"i 117-93 hesabı ilə məğlub edərək seriyada hesabı 1-1 etdi.
90plus.az xəbər verir ki, "Target Center"də baş tutan oyunda "Minnesota"nın önəmli fiqurlarından biri Culius Rendl oldu. O, 24 xal və 11 məhsuldar ötürmə ilə "double-double" edərək komandasının qələbəsində əsas rol oynadı.
Meydan sahiblərində Entoni Edvards 20 xal və 9 ribaund, Nikeyl Aleksander-Uolker isə 20 xallıq performansla fərqləndi.
"Qolden Steyt"də Conatan Kuminga 18, Cimmi Batler isə 17 xalla oynadı. Ancaq bu, komandasının fərqi bağlamasına kifayət etmədi.
Seriyanın üçüncü oyunu qarşılıqlı mübarizənin daha da gərgin keçəcəyini vəd edir.
© Copyright 2026, All Rights Reserved