Daniele De Rossi və “Cenoa” anlaşmadı
Daniele De Rossi “Cenoa” ilə yeni müqavilə imzalamaya bilər.
90plus.az xəbər verir ki, Daniele De Rossinin “Cenoa” ilə gələcəyi qeyri-müəyyən olaraq qalır.
Məlumata görə, tərəflər arasında çərşənbə günü ilkin təklif irəli sürülsə də, hazırkı şərtlər əsasında razılıq əldə olunmayıb və yeni müqavilə imzalanmayacaq.
Bildirilib ki, De Rossi klubda qalmağa davam edə bilər, lakin bu, yeni müqavilə imzalanmadan baş tuta bilər. Yəni italiyalı mütəxəssis mövcud şərtlərlə fəaliyyətini davam etdirmə ehtimalını da nəzərdən keçirir.
Fabrizio Romanonun məlumatına əsasən, hazırda tərəflər arasında danışıqlar tam dayanmayıb, lakin ortaq məxrəc hələ də tapılmayıb.
© Copyright 2026, All Rights Reserved