“Liverpul” Uilyamsın qiymətinin enməsini gözləyir
Niko Uilyamsın qiyməti endirilə bilər – “Liverpul” vəziyyəti izləyir.
90plus.az xəbər verir ki, “Atletik Bilbao” bu yay Niko Uilyamsın transferi ilə bağlı maliyyə tələblərində güzəştə getməyə hazırdır.
Məlumata görə, Bask klubu ispaniyalı vinger üçün nəzərdə tutulan 95 milyon avroluq sərbəstqalma məbləğinin tam ödənilməsində israr etməyəcək. Bildirilir ki, 22 yaşlı futbolçu 60 milyon avro sabit ödəniş və əlavə 20 milyon avro bonuslar qarşılığında komandadan ayrıla bilər - El Nacional.
Niko Uilyamsla maraqlanan klublar arasında “Liverpul”un da adı çəkilir. İngiltərə təmsilçisi uzun müddətdir ispaniyalı hücumçunun çıxışını izləyir və onu heyətini gücləndirə biləcək əsas namizədlərdən biri hesab edir.
Uilyams son mövsümlərdə həm “Atletik Bilbao”, həm də İspaniya millisində göstərdiyi performansla Avropanın ən çox diqqət çəkən vingerlərindən birinə çevrilib. Onun sürəti, driblinq bacarığı və hücumdakı effektivliyi bir sıra aparıcı klubların marağına səbəb olub.
© Copyright 2026, All Rights Reserved