Reşford “Barsa”da istənilmir
Reşford “Barselona”nın uzunmüddətli planlarına daxil deyil.
90plus.az xəbər verir ki, “Barselona” Markus Reşfordu klubun gələcək layihəsinin bir hissəsi hesab etmir.
RAC1-in yaydığı məlumata görə, Kataloniya təmsilçisi İngiltərə millisinin üzvünü cari mövsümdən sonra komandada saxlamağı planlaşdırmır. Bildirilir ki, yalnız Robert Levandovskinin yerinə yeni hücumçu transfer etmək mümkün olmadığı halda Reşfordun qalması variantı nəzərdən keçirilə bilər.
Mənbənin məlumatına əsasən, “Barselona”nın transfer şöbəsi hazırda Entoni Qordonu daha uyğun namizəd hesab edir. Klub rəhbərliyi və məşqçilər korpusu “Nyukasl”ın vingerinin yüksək pressinq qabiliyyətinin və müdafiə işində fəallığının Hans-Diter Flikin oyun sisteminə daha yaxşı uyğun gəldiyini düşünür.
Beləliklə, Reşfordun “Barselona”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Klubun yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün müxtəlif variantları dəyərləndirdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved