Mourinyo Niko Pası geri istəyir
Mourinyo Niko Pası “Real Madrid”ə qaytarmaq istəyir.
90plus.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi olacağı iddia edilən Joze Mourinyo Niko Pasın komandaya qaytarılmasının tərəfdarıdır.
Məlumata görə, portuqaliyalı mütəxəssis Madrid klubunun argentinalı yarımmüdafiəçi ilə bağlı geri alma bəndini aktivləşdirməsini istəyir. Mourinyo futbolçunun daha bir mövsüm “Komo”da icarədə çıxış etməsinə razı deyil və onu dərhal komandada görmək niyyətindədir.
Bildirilir ki, təcrübəli çalışdırıcı Niko Pası 2026/27 mövsümü üçün planlarının bir hissəsi hesab edir. Bu səbəbdən o, klub rəhbərliyindən futbolçunun geri qaytarılması üçün lazımi addımların atılmasını tələb edib.
20 yaşlı yarımmüdafiəçi “Real Madrid” akademiyasının yetirməsidir. O, “Komo”da keçirdiyi uğurlu çıxışlarla Avropa futbolunda diqqət mərkəzinə düşüb və gələcəyin ən perspektivli oyunçularından biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved