Kamada + Qlasner = Kubok! Bu dəyişmir
Kamada Avropa futbolunda tarix yazdı – iki böyük avrokubok qazanan ilk yapon futbolçu oldu.
90plus.az xəbər verir ki, Daiti Kamada Avropa futbolunda yeni tarix yazaraq mühüm nailiyyətə imza atıb.
Yaponiyalı yarımmüdafiəçi iki böyük Avropa turnirinin qalibi olan ilk yapon futbolçu kimi qeydə alınıb. Kamada 2021/22 mövsümündə UEFA Avropa Liqasını, 2025/26 mövsümündə isə UEFA Konfrans Liqasını qazanıb.
Hər iki uğur eyni məşqçi ilə – Oliver Qlaznerin rəhbərliyi altında əldə olunub. Bu isə futbolçu ilə baş məşqçi arasındakı uğurlu əməkdaşlığın davamlılığını bir daha göstərib.
29 yaşlı futbolçu bu nailiyyətlə həm klub səviyyəsində, həm də milli futbol tarixində xüsusi yer qazanıb. Onun Avropa arenasında göstərdiyi sabit performans və vacib oyunlarda verdiyi töhfələr böyük diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved