DÇ-2026: Portuqaliya yekun heyəti açıqladı
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlayıb.
90plus.az xəbər verir ki, Kanada, ABŞ və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialda Portuqaliya 27 futbolçu ilə mübarizə aparacaq. Heyətdə ən çox diqqət çəkən məqam Kriştiano Ronaldunun növbəti dəfə milli komandaya çağırılmasıdır.
Təcrübəli hücumçu bununla karyerasında altıncı dəfə dünya çempionatında iştirak edəcək. O, daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda Portuqaliya millisinin formasını geyinib.
Beləliklə, Kriştiano Ronaldo futbol tarixində altı fərqli dünya çempionatında oynayan ilk futbolçu kimi tarixə düşəcək. O, beş mundialda çıxış etmiş Lionel Messi, Lotar Matteus, Rafael Markes, Antonio Karbahal və Andres Kuardado kimi futbolçuları geridə qoyur.
Portuqaliya millisinin qrup mərhələsindəki rəqibləri Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiyadır.
Qapıçılar: Dioqo Koşta, Joze Sa, Rui Silva, Rikardo Velho.
Müdafiəçilər: Dioqo Dalot, Mateus Nuneş, Nelson Semedu, Joao Kanselo, Nunu Mendeş, Qonsalo İnasio, Renato Veyqa, Ruben Diaş, Tomas Arauxo.
Yarımmüdafiəçilər: Ruben Neveş, Samu Koşta, Joao Neveş, Vitinya, Bruno Fernandeş, Bernardo Silva.
Hücumçular: Joao Feliks, Fransişku Trinka, Fransişku Konseysao, Pedro Neto, Rafael Leao, Qonsalo Gedeş, Qonsalo Ramuş və Kriştiano Ronaldo.
© Copyright 2026, All Rights Reserved