Joao Pedro mövsümün ən yaxşısı seçildi
Joao Pedro möhtəşəm debüt mövsümündən sonra "Çelsi" azarkeşləri tərəfindən mövsümün ən yaxşı oyunçusu seçilib.
90plus.az xəbər verir ki, hücumçu azarkeş səsverməsində böyük üstünlük nümayiş etdirərək səslərin 60 faizindən çoxunu toplayıb.
Enzo Fernandes və Moyses Kaysedo isə səsvermədə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Joao Pedro 2025-ci ilin iyul ayında "Brayton" klubundan "Çelsi" klubuna 69 milyon avro qarşılığında transfer olunmuşdu. O, Qərbi Londondakı ilk mövsümündə bütün turnirlər üzrə 49 oyunda meydana çıxaraq 20 qol və 6 assistlə yadda qalıb.
Həmçinin oxu: 90Plus - Joao Pedro: “Sadəcə azarkeş olacağam”
© Copyright 2026, All Rights Reserved