Karim Rossiyə təkliflər gəlir
"Şamaxı" klubunun hücumçusu Karim Rossi yay transfer dönəmində komandadan ayrıla bilər.
90plus.az xəbər verir ki, isveçrəli futbolçunun gələcəyi ilə bağlı maraqlı iddia ortaya çıxıb. Xarici mənbələrin yaydığı məlumata görə, 32 yaşlı forvardın xidmətində bir neçə xarici klub maraqlıdır. Xüsusilə, Qazaxıstan Premyer Liqasını təmsil edən iki komandanın Rossi üçün danışıqlara başladığı bildirilir.
Təcrübəli hücumçunun bu mövsüm nümayiş etdirdiyi performansın diqqət çəkdiyi vurğulanır. O, Misli Premyer Liqasında keçirdiyi 30 oyunda 9 dəfə rəqib qapılarına yol taparaq Şamaxı FK heyətinin ən məhsuldar futbolçularından birinə çevrilib.
Mənbənin məlumatına əsasən, Karim Rossi ilə yalnız Qazaxıstan klubları deyil, eyni zamanda Rusiya Premyer Liqası, Səudiyyə Ərəbistanı və Azərbaycan çempionatından da maraqlanan tərəflər var.
Qeyd: Futbolçunun Şamaxı təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda başa çatır. Bu isə ona yayda azad agent statusunda yeni kluba keçmək imkanı yaradır.
© Copyright 2026, All Rights Reserved