NBA: “Denver Nagets" son saniyədə qalib gəldi
NBA-də play-off mərhələsinin yarımfinal oyunlarına iki qarşılaşma ilə davam edilib.
90plus.az xəbər verir ki, Qərb Konfransının yarımfinalında "Denver Nagets" səfərdə "Oklahoma Siti Tander" üzərində 121-119 hesablı qələbə qazanaraq seriyada 1:0 hesabı ilə üstünlük əldə edib.
Qarşılaşmanın taleyini Aaron Qordonun son saniyələrdə vurduğu üç xallıq zərbə müəyyən edib. Bu nəticə ilə "Denver Nagets" rəqib meydanında qalib gələrək meydan üstünlüyünü də ələ keçirib.
"Nagets"in heyətində Nikola Yokıç parlaq çıxış edərək 42 xal, 22 ribaund və 6 assist ilə komandasını qələbəyə daşıyıb. Aaron Qordon 22 xal, 14 ribaund, Cemal Mörrey isə 21 xal, 6 ribaund və 6 assistlə yadda qalıb.
"Tander"də isə Şey Gilyus-Aleksandr 33 xal, 10 ribaund və 8 assistlə parladı, Aleks Karuso isə 20 xal, 6 assist və 5 top oğurlama ilə oynasa da, bu performans məğlubiyyətin qarşısını ala bilmədi.
Şərq Konfransının yarımfinal mərhələsində isə "Nyu-York Niks" uzatmalara gedən oyunda səfərdə "Boston Seltiks" üzərində 108-105 hesabı ilə qalib gəlib və seriyada 1:0 önə keçib.
"Niks"in heyətində Ceylen Branson 29 xal və 5 assistlə çıxış edib, OG Anunobi isə 29 xal və 4 ribaundla qələbəyə töhfə verib.
"Seltiks"də Ceyson Teytum 23 xal, 16 ribaund və 6 assist, Ceylen Braun isə 23 xal və 7 ribaundla komandasını dirçəltməyə çalışsa da, bu kifayət etməyib.
© Copyright 2026, All Rights Reserved