Dünya Çempionatı: “Filenin Sultanları” 1/8-də
“Filenin Sultanları” ləqəbli Türkiyə qadın voleybol millisi Dünya Çempionatında 1/8 finala yüksəldi.
90plus.az xəbər verir ki, Türkiyə millisinin qadın voleybol komandası Dünya Çempionatında inamlı çıxışını davam etdirir.
İlk oyunda İspaniyanı 3:0 hesabı ilə məğlub edən “Filenin Sultanları” ikinci qarşılaşmada da Bolqarıstan üzərində set vermədən qələbə qazanıb. 3:0 hesabı ilə meydanı tərk edən yığma bununla da qrup mərhələsində 2 oyundan 2 qələbə əldə edərək 1/8 finala vəsiqəni təmin edib.
Rəqiblərə fürsət tanımır
Bolqarıstana qarşı matçda başlanğıcdan sona qədər üstün oyun sərgiləyən Türkiyə millisi güclü servisləri və effektli hücumları ilə rəqibini oyuna buraxmadı. Bütün setləri asanlıqla qazanan ay-ulduzlular Dünya Çempionatının favoritlərindən biri olduqlarını bir daha sübut etdilər.
Növbəti hədəf – qrup liderliyi
Millilər qalan qrup görüşlərində də eyni oyunu davam etdirərək liderlik uğrunda mübarizə aparacaq. Baş məşqçi və voleybolçuların sözlərinə görə, komandanın məqsədi yalnız 1/8 final deyil, çempionluq kubokudur.
Türkiyənin qüruru olan qadın voleybol millisi növbəti oyuna hazırlaşır. “Filenin Sultanları”nın uğurları milyonlarla azarkeşi ekran qarşısına toplamaqda davam edir.
© Copyright 2026, All Rights Reserved