Dünya çempionu öldürülüb
Cənubi afrikalı dünya çempionu Jak Freytaq güllələnərək öldürülüb.
90plus.az xəbər verir ki, anasının evinə gedən idmançı daha sonra itkin düşüb. Axtarışlardan sonra idmançının nəşi qəbiristanlığın yaxınlığında tapılıb. Freytaqın güllələndiyi məlum olub.
Qeyd: Jak Freytaq 2003-cü ildə hündürlüyə tullanma üzrə dünya çempionu olub. İşsiz qaldıqdan sonra narkotik asılılığı ilə mübarizə aparıb.
© Copyright 2026, All Rights Reserved