FIFA dünya çempionuna 125 milyon verəcək

Klublararası Dünya Çempionatının ümumi mükafat fondu 525 milyon dollar təşkil edəcək
90plus.az xəbər verir ki, ABŞ-də keçiriləcək turnirin qalibi 125 milyon dollar qazanacaq.
Klublara yarışda iştiraka görə veriləcək zəmanətli ödənişlər 12,81 milyondan 38,18 milyon dollara qədər dəyişəcək. Burada reytinqlər əsas rol oynayacaq. Bu baxımdan ən yüksək ödənişlər "Real Madrid", "Bayern Münhen", "Man Siti" və "Çelsi"yə çatacaq.
Qeyd: 32 klubun qatılacağı turnir 14 iyun - 13 iyul aralığında baş tutacaq.
© Copyright 2025, All Rights Reserved