İspaniyada qapıçı 13 oyun cəza aldı
“Real Saraqosa”nın qapıçısına ağır cəza – 13 oyunluq diskvalifikasiya olundu.
90plus.az xəbər verir ki, İspaniyanın “Real Saraqosa” klubunun qapıçısı Esteban Andrada ciddi intizam cəzası ilə üzləşib. Təcrübəli qolkiperə 13 oyunluq diskvalifikasiya verilib.
Hadisə Sequnda Divizionda “Saraqosa” ilə “Ueska” arasında keçirilən və aşağı liqa uğrunda gərgin mübarizə ilə yadda qalan qarşılaşmanın son dəqiqələrində baş verib. Andrada əvvəlcə əlavə olunmuş vaxtda rəqib oyunçunu itələdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Lakin bununla kifayətlənməyən argentinalı qolkiper daha sonra “Ueska”nın kapitanı Jorje Pulidonun üzərinə qaçaraq ona zərbə endirib. Bu hərəkət intizam komitəsi tərəfindən ciddi qayda pozuntusu kimi qiymətləndirilib və nəticədə 13 oyunluq cəza tətbiq olunub.
Bu diskvalifikasiya “Saraqosa” üçün mövsümün həlledici mərhələsində ciddi itki hesab olunur. Klubun aşağı liqaya düşməmək uğrunda mübarizəsində əsas qapıçının yoxluğu komandaya təsir edə bilər.
© Copyright 2026, All Rights Reserved