“Qəbələ”: Baş məşqçi ilə əlbəyaxaya çıxdı, qovuldu
“Qəbələ”də qalmaqal: Turan Manafov dava sonrası qovuldu.
90plus.az xəbər verir ki, "Qəbələ" klubunda ciddi insident baş verib. Komandanın futbolçusu Turan Manafov baş məşqçi Kaxaber Sxadadze ilə əlbəyaxa davadan sonra komandadan qovulub.
Məlumata görə, hadisə məşq zamanı yaşanıb. Sxadadze futbolçuya konkret tapşırıqlar versə də, Manafov onları yerinə yetirə bilməyib. Bu isə məşqçinin sərt reaksiyasına səbəb olub. Tərəflər arasında gərginlik qısa zamanda böyüyərək fiziki qarşıdurmaya çevrilib.
Davaya komandanın digər üzvləri müdaxilə edərək vəziyyəti sakitləşdirsələr də, baş verənlər rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə klub intizam qaydalarını əsas gətirərək futbolçu ilə yolları dərhal ayırıb.
Hadisə “Qəbələ” daxilində ciddi nizam-intizam probleminin göstəricisi kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved