“Filenin Sultanları” ilk dəfə Dünya Çempionatının yarımfinalında
“Filenin Sultanları” tarix yazdı – Türkiyə ilk dəfə dünya çempionatının yarımfinalında!
90plus.az xəbər verir ki, Türkiyə qadın voleybol millisinin uğurlu seriyası davam edir. Komanda Taylandda keçirilən 2025 FIVB Qadınlar Dünya Çempionatının 1/4 finalında ABŞ-la qarşılaşıb.
Milli oyuna Zehra, Vargas, Hande, Eda, Cansu, Ebrar və liberoda Gizemlə başlayıb.
İlk seti 25:14 hesabı ilə qazanan Türkiyə ikinci seti 22:25 uduzub.
Üçüncü setdə Ebrar və Vargasın effektiv hücumları ilə üstünlük quran millimiz 25:14 hesabı ilə qalib gələrək ümumi hesabda önə keçib – 2:1.
Dördüncü seti də 25:23 qazanaraq matçı 3:1 yekunlaşdıran “Filenin Sultanları” Dünya Çempionatı tarixində ilk dəfə yarımfinala yüksəlib.
Oyunda fərqlənənlər:
Türkiyə millisi yarımfinalda sentyabrın 6-da Yaponiyaya qarşı oynayacaq.
© Copyright 2026, All Rights Reserved