Gürcü döyüşçü UFC-dən qovuldu
Gürcü əsilli Quram Kutateladzenin adı artıq aktiv UFC döyüşçüləri sırasından çıxarılıb.
90plus.az xəbər verir ki, hazırda İsveç bayrağı altında çıxış edən Kutateladze yüngül çəki kateqoriyasında döyüşür.
Onun son qarşılaşması mart ayında Londonda keçirilmiş turnirdə olub və həmin döyüşdə o, braziliyalı Kaue Fernandesə yekdil qərarla məğlub olub.
33 yaşlı idmançının peşəkar karyerasında 13 qələbə və 5 məğlubiyyət qeyd alınıb.
© Copyright 2026, All Rights Reserved