Gürcüstan basketbol üzrə Avropa Çempionatında tarix yazdı
90plus.az xəbər verir ki, 2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025) 1/8 final mərhələsində “Gürcüstan” yığması sürprizə imza atıb. Riqada keçirilən görüşdə “Fransa” millisini 80:70 hesabı ilə məğlub edən gürcülər tarixlərində ilk dəfə Avropa Çempionatının 1/4 finalına vəsiqə qazanıblar.
“Arena Riga”da baş tutan oyunda “Gürcüstan” hücumda daha effektiv çıxış edərək mərhələ adlamağı bacarıb. Qarşılaşmada Tornike Şengeliyanın və Baldwin-in hərəyə 24 xalla göstərdiyi performans qələbədə həlledici rol oynayıb.
Fransa – Gürcüstan: 70–80
1-ci period: 20–24
İlk yarı: 37–38
3-cü period: 54–58
Xorxe Vaskez (Porto Riko)
Kerem Baki (Türkiyə)
Ventsislav Velikov (Bolqarıstan)
Maledon 4, Cordinier 4, Yabusele 12, Coulibaly, Jaiteh 10, Francisco 14, Okobo 9, Luwawu-Cabarrot 2, Risacher 7, Hoard 8
Beş cərimə ilə oyunu tərk edən: Hoard – 38:55-də
Baldwin 24, Sanadze, Şengeliyə 24, Bitadze 8, Mamukelaşvili 14, Andronikaşvili, Jintçaradze, Burjanadze 6, Şermadini 4, Oçxikidze
Bu nəticə ilə “Gürcüstan” yığması tarixində ilk dəfə Avropa Çempionatının 1/4 final mərhələsinə yüksəlib. Onların növbəti rəqibi 1/4 final cütlərinin nəticəsinə əsasən müəyyən olunacaq.
© Copyright 2026, All Rights Reserved