Habib Nurməhəmmədov: “Azərbaycan, çox sağ ol”
Həbib Nurməhəmmədov Bakıda keçirilən UFC turnirindən sonra Azərbaycana təşəkkür edib.
90plus.az xəbər verir ki, rusiyalı tanınmış MMA ulduzu, yüngül çəkidə UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədə Azərbaycana dair paylaşımı ilə diqqət çəkib. 36 yaşlı sabiq döyüşçü Bakıda baş tutan UFC turniri çərçivəsində iştirak etdiyi tədbirləri və görüşləri yüksək qiymətləndirib.
Nurməhəmmədov şəxsi “Instagram” hesabında paylaştığı fotolara bu fikirləri əlavə edib: “Azərbaycan, çox sağ ol, bu günlər heyrətamiz idi”. Paylaşımda onun Bakıda iştirak etdiyi görüşlərdən və tədbirlərdən fotolar yer alıb.
Qeyd: UFC-nin Bakıda keçirilən tədbirində Həbib Nurməhəmmədovun məşqçisi olduğu Taqir Ulanbekov da oktagona çıxıb. Ulanbekov qazaxıstanlı Maksum Azatı məğlub edərək turnirdə qələbə qazanıb. Bu nəticə Həbibin Azərbaycanda keçirdiyi günləri daha da mənalı edib.
Turnirin təşkilatı və Nurməhəmmədovun Azərbaycandakı iştirakı yerli azarkeşlər tərəfindən də böyük maraqla qarşılanıb.
© Copyright 2026, All Rights Reserved