Hollandiyada Piastri ən öndə başlayacaq
Formula 1-də mövsümün 15-ci yarışı: "MekLaren" pilotu Piastri Hollandiya Qran-Prisinə pouldan başlayacaq.
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatında mövsümün 15-ci mərhələsi olan Hollandiya "Qran-Prisi" öncəsi sıralama turlarında ən sürətli pilot "MekLaren" komandasından Oscar Piastri oldu.
Zandvoort şəhərində yerləşən 4,2 kilometrlik trasda keçiriləcək yarış 72 dövrə üzərində reallaşacaq. Sıralama turlarında 1 dəqiqə 08.662 saniyəlik nəticə göstərən avstraliyalı sürücü Piastri ilk cibi (poulu) əldə edib.
Piastridən cəmi 0.012 saniyə geri qalan komanda yoldaşı, Böyük Britaniyalı Lando Norris ikinci yerdə qərarlaşıb. Onların ardınca isə 0.263 saniyə fərqlə "Red Bull"un son çempionu, hollandiyalı Maks Verstappen üçüncü olub.
Hollandiya "Qran-Prisi" sabah, yəni 31 avqustda, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Cari mövsümdə bu günə qədər "MekLaren" pilotu Oscar Piastrinin 6, Lando Norrisin 5, "Red Bull"dan Max Ferstappenin 2, "Mercedes" sürücüsü Corc Rassellin isə 1 yarış qələbəsi var.
© Copyright 2026, All Rights Reserved