Hollandiyada Piastri ən sürətli oldu
"Formula 1"də mövsümün 15-ci yarışı: "MakLaren" pilotu Piastri Hollandiya Qran-Prisini qazandı.
90plus.az xəbər verir ki, "Formula 1" Dünya Çempionatında mövsümün 15-ci yarışı – Hollandiya Qran-Prisi başa çatıb. Zandvoort şəhərində yerləşən 4,2 kilometrlik trasda 72 dövrəlik yarışın qalibi "MakLaren"in avstraliyalı pilotu Oscar Piastri olub.
Yarışı 1 saat 38 dəqiqə 29.849 saniyəlik nəticə ilə birinci yerdə tamamlayan Piastri mövsümdəki yeddinci qələbəsini qazanıb.
"Red Bull" komandasının hollandiyalı pilotu Maks Verstappen Piastridən cəmi 1.271 saniyə geridə qalaraq ikinci olub. "Rasinq Bulls Honda" komandasının Cezayir əsilli fransalı sürücüsü Isack Hadjar isə 3.233 saniyəlik fərqlə finiş xəttini keçərək ilk dəfə Formula 1-də podiuma yüksəlib.
Yarış hadisələrlə də yadda qalıb. "Ferrari" pilotları Şarl Lekler və Lyuis Hamilton qəza nəticəsində yarışı dayandırmalı olublar. "MakLaren" sürücüsü Lando Norris isə texniki nasazlıq səbəbindən mübarizəni yarımçıq qoyub.
Mövsümün 16-cı mərhələsi olan İtaliya Qran-Prisi 7 sentyabr bazar günü keçiriləcək.
Hazırkı mövsümdə indiyə qədər:
"MekLaren" pilotu Oskar Piastri – 7 qələbə
"MekLaren"dən Lando Norris – 5 qələbə
"Red Bull"dan Maks Verstappen – 2 qələbə
"Mercedes"dən Corc Rassell – 1 qələbə əldə edib.
© Copyright 2026, All Rights Reserved