İman Xelif İlon Mask, Tramp və “Harri Potter” yazarını məhkəməyə verdi
"X" sosial şəbəkəsinin sahibi İlon Mask, ABŞ prezidentliyinə namizəd Donald Tramp və Coan Roulinq (sehrbaz "Harri Potter" və dostları haqqında yazdığı silsilə romanlar sayəsində məşhurlaşan yazıçı) əlcəzairli boksçu İman Xelifin məhkəməsində cavab verməlidirlər.
90plus.az xəbər verir ki, idmançının vəkili Nabil Budi "Variety"yə bu məlumatı verib.
Gender testindən keçə bilməyən Xelif kiberzorakılıqla bağlı Paris prokurorluğuna şikayət edib.
Budi qeyd edib ki, internetdə nifrətlə mübarizə üzrə Fransa mərkəzinin analoqu olan ABŞ təşkilatı ilə razılaşma olduğu üçün iddia Fransadan kənarda olan insanlara da şamil edilə bilər.
Qeyd: Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2023-cü il Dünya Çempionatında gender testlərindən keçə bilmədiyinə görə diskvalifikasiya edilmiş və Xelif və tayvanlı Lin Yutinqi qadınlar arasında boks üzrə Olimpiya turnirinə buraxıb. Bu qərar idman ictimaiyyətində geniş rezonans doğurub.
İman Xelif 66 kq çəki dərəcəsində boks üzrə Olimpiya çempionu olub.
Mənbə: Guardian
© Copyright 2026, All Rights Reserved