İtaliya Qran Prisinə avstraliyalı ilk sırada başlayacaq
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatında mövsümün 7-ci yarışı olan "Emiliya-Romania Qran-Prisi"ndə "MakLaren"in avstraliyalı pilotu Oskar Piastri poul mövqeyini (ilk sıranı) əldə edib.
İtaliyanın İmola şəhəri yaxınlığındakı 4,9 kilometrlik "Enzo və Dino Ferrari" Beynəlxalq Avtodromunda 63 dövrəlik yarış üçün keçirilən sıralama turunda Piastri 1 dəqiqə 14.670 saniyəlik nəticə ilə ən sürətli pilot olub.
Onun cəmi 0.034 saniyə gerisində olan "Red Bull" sürücüsü Maks Ferstappen ikinci, 0.137 saniyə geridə qalan "Mersedes" pilotu Corc Rassell isə üçüncü yerə çıxıb.
Digər "Red Bull" pilotu Yuki Tsunoda yarış zamanı avtomobilinin aşıb baryerlərə çırpıldığı qəzanı xəsarətsiz ötüşdürüb.
Qeyd: Mövsümün ilk altı yarışında "MakLaren" pilotu Oskar Piastri 4 dəfə qalib gəlib. Komanda yoldaşı Lando Norris və "Red Bull"un çempion pilotu Maks Ferstappen isə bir dəfə qələbə qazanıblar.
© Copyright 2026, All Rights Reserved