İtaliya Qran-Prisinin qalibi Maks Verstappen oldu
Formula 1 Dünya Çempionatında mövsümün 16-cı mərhələsi olan İtaliya Qran-Prisini “Red Bull” komandasının hollandiyalı pilotu Maks Verstappen qazanıb.
90plus.az xəbər verir ki, İtaliyanın Monza şəhərində yerləşən və eyni adı daşıyan 5,7 kilometrlik trasda baş tutan yarış 53 dövrə üzrə keçirilib. Yarışa poul mövqeyindən başlayan Verstappen finiş xəttini 1 saat 13 dəqiqə 24.325 saniyəlik nəticə ilə birinci yerdə keçərək mövsümdə üçüncü qələbəsini əldə edib.
“MakLaren” pilotu Lando Norris yarışı liderin 19.207 saniyə gerisində ikinci, onun komanda yoldaşı Oskar Piastri isə 21.351 saniyə fərqlə üçüncü yerdə tamamlayıb.
“Ferrari” pilotları Şarl Lekler və Lyuis Həmilton isə yarışı müvafiq olaraq 4-cü və 6-cı yerlərdə başa vurublar.
Mövsümün 17-ci yarışı olan Azərbaycan Qran-Prisi 21 sentyabr Bazar günü Bakıda keçiriləcək.
Oskar Piastri (Avstraliya) – 324 xal
Lando Norris (Böyük Britaniya) – 293 xal
Maks Verstappen (Hollandiya) – 230 xal
Corc Rassel (Böyük Britaniya) – 194 xal
Şarl Lekler (Monako) – 163 xal
“MakLaren” – 617 xal
“Ferrari” – 280 xal
“Mersedes” – 260 xal
“Red Bull” – 239 xal
“Uilliams” – 86 xal
© Copyright 2026, All Rights Reserved