İtaliyada qələbə Maks Verstappenin oldu
Formula 1 üzrə 2025 Dünya Çempionatının 7-ci yarışı – Emilia Romanya Qran-Prisi İtaliyanın "İmola" şəhəri yaxınlığındakı 4.9 kilometrlik "Enzo və Dino Ferrari" beynəlxalq trasında baş tutub.
90plus.az xəbər verir ki, 63 dövrəlik gərgin mübarizənin sonunda "Red Bull"un niderlandlı pilotu Maks Verstappen yarışın qalibi olub. Bu, onun mövsümdə ikinci, Emilia Romanya Qran-Prisində isə ardıcıl dördüncü qələbəsidir.
"McLaren"in 3 yarışlıq qələbə seriyası isə bu yarışla başa çatıb. Yarışa pole mövqeyindən başlayan Oscar Piastri finiş xəttini üçüncü keçib. Komanda yoldaşı Lando Norris isə ikinci yeri tutaraq podyumu tamamlayıb.
"Ferrari" pilotlarından Lyus Hamilton 4-cü, Şarl Lekler isə 6-cı yerdə qərarlaşıb. "Uilliams"dan Aleks Albon isə möhtəşəm performans göstərərək yarışı 5-ci pillədə başa vurub.
Mövsüm Maks Verstappenin artıq ikinci qələbəsini qeyd etdiyi yarışla davam edir – o, daha əvvəl Yaponiya Qran-Prisində də qalib gəlmişdi.
Formula 1 üzrə növbəti yarış 25 may tarixində Monako Qran Prisi olacaq.
© Copyright 2026, All Rights Reserved