Kevin De Bruyne rəsmi olaraq "Napoli"yə keçdi

"Mançester Siti" ilə 2024/2025 mövsümündən etibarən yollarını ayıran Belçikalı ulduz futbolçu Kevin De Bruyne yeni klubuna imza atdı.
90plus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını İtaliya A Seriyasının son çempionu "Napoli"də davam etdirəcək.
33 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə 2+1 illik müqavilə bağladı.
Belçikalı futbolçunun Neapol təmsilçisində illik maaşı 5 milyon avro (vergilər nəzərə alınmadan) təşkil edəcək. O, sözləşmə imzaladığı üçün böyük bonus da alacaq.
2015-ci ildən bəri "Mançester Siti"nin formasını geyinən və bu dövrdə Avropa futboluna damğasını vuran De Bruyne bir çox titullar qazanaraq klubun əsas simalarından birinə çevrilmişdi. Mövsümün sonunda İngiltərə təmsilçisi ilə vidalaşan futbolçu bu gün rəsmi müqaviləyə imza atmaq üçün "Napoli"yə gəlib.
Tibbi müayinədən uğurla keçən ulduz futbolçu daha sonra klub prezidenti Aurelio De Laurentiis ilə görüşərək rəsmi müqaviləyə imza atıb. "Napoli" klubunun rəsmi açıqlamasında isə qısa və diqqətçəkən mesaj yer alıb:
"Kral Kev buradadır!"
© Copyright 2025, All Rights Reserved