Arbeloa: “Taleyimdən narahat deyiləm”
Arbeloa: “Gələcəyim? Klub nə qərar versə, qəbul edəcəyəm”.
90plus.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa komandanın UEFA Çempionlar Liqasından kənarlaşmasından sonra gələcəyi ilə bağlı açıqlama verib.
Madrid təmsilçisi “Bayern Münhen”ə iki oyunun cəmində 3:4 hesabı ilə uduzaraq turnirdən mübarizəni dayandırıb. Almaniyada keçirilən cavab görüşündə dramatik məğlubiyyət “Real”ın Avropa mövsümünü erkən başa vurmasına səbəb olub.
Arbeloa isə gələcəyi ilə bağlı narahat olmadığını bildirib:
“Gələcəyimlə bağlı narahat deyiləm. Klub nə qərar versə, qəbul edəcəyəm”.
O, məğlubiyyətin şəxsi yox, ümumi məyusluq olduğunu vurğulayıb:
“Mən özüm üçün yox, futbolçular, klub və azarkeşlər üçün üzgünəm. Komandanın qələbə qazanması üçün əlimdən gələni etdiyimi düşünürəm”.
Qırmızı vərəqə barədə: “Kamavinqa? Bunu heç kim anlamır. Bu ədalətsizlikdir”.
“Oyun orada bitdi. Düşünürəm ki, hakim onun sarı vərəqə aldığını unutdu”.
İspan mütəxəssis yanvar ayında Xabi Alonsonun gedişindən sonra müvəqqəti olaraq komandanın sükanı arxasına gətirilmişdi. Onun gələcəyi ilə bağlı yekun qərarın mövsümün sonunda veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved