"Klivlend Kavalers" Donovan Mitçellin liderliyi ilə seriyada ümidi saxladı
NBA-in Şərq Konfransının yarımfinal seriyasında ilk iki oyunu uduzan "Klivlend Kavalers", üçüncü qarşılaşmada səfərdə "İndiana Peysers" üzərində 126:104 hesablı qələbə qazanaraq seriyada hesabı 2:1-ə gətirdi.
90plus.az xəbər verir ki, "Gainbridge Fieldhouse" arenada keçirilən oyunda "Kavalers"in ulduzu Donovan Mitçell 43 xal və 9 ribaundla parlaq çıxış edərək qələbənin əsas memarı oldu.
Qonaq komandanın digər diqqətçəkən oyunçuları Jarrett Allen (19 xal, 12 ribaund) və Evan Mobley (18 xal, 13 ribaund) oldu.
"İndiana Peysers"də isə ən çox fərqlənən oyunçular Bennedict Mathurin (23 xal) və Pascal Siakam (18 xal) oldular.
Digər qarşılaşmada isə Qərb Konfransının yarımfinalında "Denver Naqgets" evdə "Oklahoma Siti Sander" üzərində uzatmalarda 113:104 hesablı qələbə ilə seriyada 2:1 üstünlük qazandı.
"Naqgets"də Jamal Murray 27 xal, Nikola Yokic 20 xal və 16 ribaundla ön plana çıxdı. Aaron Gordon 22, Michael Porter isə 21 xalla komandasına töhfə verdi.
"Sander" tərəfdə isə Jalen Williams 32, Chet Holmgren 18 xal və 16 ribaund, Shai Gilgeous-Alexander isə 18 xal və 13 ribaundla fərqləndilər.
© Copyright 2026, All Rights Reserved