Macarıstanda ən sürətli Lando Norris oldu
90plus.az xəbər verir ki, Formula 1 Dünya Çempionatının 14-cü yarışı olan Macarıstan Qran-Prisində qələbəni "MakLaren" komandasının britaniyalı pilotu Lando Norris qazandı.
Budapeşt şəhərində yerləşən, 4,3 kilometrlik "Honqarorinq" avtodromunda keçirilən yarış 70 dövrədən ibarət olub. Norris 1 saat 35 dəqiqə 21.231 saniyəlik nəticə ilə finiş xəttini birinci keçərək mövsümdəki beşinci qələbəsini əldə edib.
"MakLaren"in avstraliyalı pilotu Oskar Piastri komanda yoldaşından cəmi 0.698 saniyə geridə qalaraq ikinci yeri tutub. "Mersedes"in digər britaniyalı sürücüsü Corc Rassel isə 21.916 saniyə fərqlə üçüncü pilləyə yüksəlib.
Formula 1 üzrə 2025 mövsümünün 15-ci yarışı – Hollandiya Qran-Prisi 31 avqust Bazar günü keçiriləcək.
© Copyright 2026, All Rights Reserved