Macarıstanda poulu Lekler qazandı
Macarıstan Qran-prisində poulun sahibi məlum oldu.
90plus.az xəbər verir ki, poul mövqeyini “Ferrari”nin pilotu Şarl Lekler qazanıb.
Monakolu sürücü sabah keçiriləcək əsas yarışa birinci yerdən start verəcək. Onun ardınca “McLaren” pilotları qərarlaşıb – Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olub. Son dörd mövsümün dünya çempionu olan Maks Ferstappen (“Red Bull”) isə yalnız səkkizinci nəticə göstərə bilib.
Qeyd: Bu mövsüm Macarıstan Qran-prisi 40-cı dəfə təşkil olunur və yarış yubiley xarakteri daşıyır.
© Copyright 2026, All Rights Reserved