Makqreqorun döyüşü ləğv olundu
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorun Maykl Çendlerlə döyüşü ləğv olunub.
90plus.az xəbər verir ki, Konor Makqreqorun zədələnməsi buna səbəb olub.
UFC-nin prezidenti Dana Uaytin sözlərinə görə, döyüşün iyunun 29-da "UFC 303" turniri çərçivəsində keçirilməsi nəzərdə tutulsa da, Makqreqor oktaqona çıxa bilməyəcəyini deyib.
Qeyd: Konor son görüşünü 2021-ci ildə ABŞ-dən olan Dastin Porye qarşı keçirib.
Mənbə: Skysports
© Copyright 2026, All Rights Reserved