“Man Yunayted”in əfsanəsi xəstəxanalıq oldu
Ser Aleks Ferqüson xəstəxanaya aparıldı – vəziyyəti ilə bağlı açıqlama var.
90plus.az xəbər verir ki, əfsanəvi məşqçi Aleks Ferqüson bu gün Old Trafford stadionundan xəstəxanaya aparılıb.
"Mançester Yunayted"in sabiq baş məşqçisi özünü pis hiss etdikdən sonra tibbi nəzarət üçün hospitala yerləşdirilib.
Daily Mail-in məlumatına əsasən, bu addım daha çox ehtiyat tədbiri kimi qiymətləndirilir. Klub rəsmiləri vəziyyətin ciddi olmadığını düşünür və Ferqüsonun yaxın zamanda evə buraxılacağına nikbin yanaşır.
Qeyd: Şotlandiyalı mütəxəssis uzun illər “qırmızı şeytanlar”ın başında böyük uğurlara imza ataraq klub tarixinin ən önəmli simalarından birinə çevrilib.
© Copyright 2026, All Rights Reserved