"Minnesota Timbervuls" Qərb Konfransı finalında
Qərb Konfransında ilk finalçı "Minnesota Timbervulvs" oldu.
90plus.az xəbər verir ki, NBA-də "Minnesota Timbervuls" Qərb Konfransının yarımfinal mərhələsinin beşinci oyununda "Qolden Steyt Voriors"u 121-110 hesabı ilə məğlub edərək seriyanı 4-1 tamamladı və Qərb Konfransı finalına yüksəldi.
"Minnesota Timbervuls"un ev sahibliyi etdiyi qarşılaşmada Culius Rendl 29 xal, Antoni Edvards isə 22 xal və 12 asistlə komandasına qələbə qazandırdı.
"Qolden Steyt Voriors"da isə Brandin Podziemski 28 xal, Conatan Kuminqa 26 xal, Cimmi Batler isə 17 xalla çıxış etsə də, bu, qələbə üçün yetərli olmadı.
Bu nəticə ilə "Minnesota Timbervuls" Qərb Konfransı finalında "Oklahoma Siti Tandır" və "Denver Naqgets" arasında keçiriləcək seriyanın qalibi ilə qarşılaşacaq.
Digər tərəfdə, Şərq Konfransının yarımfinalında "Boston Seltiks" "Nyu York Niks"i 127-102 hesabı ilə məğlub edərək seriyada 3-2 üstünlük əldə etdi. "Boston Seltiks"də Derri Uayt 34 xal, Ceylen Braun isə 26 xal və 12 ribaundla fərqləndi. "Nyu York Niks"də isə Coş Hart 24, Ceylen Branson isə 22 xal ilə yadda qaldı.
Beləliklə, "Minnesota Timbervuls" Qərb Konfransı finalına yüksələrək böyük uğura imza atdı.
© Copyright 2026, All Rights Reserved