MMA döyüşçüsü meyxana ilə döyüşə çıxacaq
Xalil Rountree Bakıdakı döyüşə məşhur "Ты кто такой? Давай, до свидания!" meyxanasının sədaları ilə çıxacaq.
90plus.az xəbər verir ki, amerikalı MMA döyüşçüsü Xalil Rountri Azərbaycan paytaxtı Bakıda keçiriləcək UFC turnirində keçmiş çempion Jamal Hill ilə qarşılaşmasına özünəməxsus tərzdə çıxış edəcək. Döyüşçü rinqə məşhur "Ты кто такой? Давай, до свидания!" meyxanasının musiqi müşayiəti ilə daxil olacağını açıqlayıb.
Bu qeyri-adi seçim artıq döyüşsevərlər və sosial şəbəkə istifadəçiləri arasında geniş maraq doğurub. Xüsusilə, meyxananın kökləri Azərbaycana bağlı olduğundan bu addım yerli azarkeşlər tərəfindən böyük simpatiya ilə qarşılanıb.
Xatırladaq ki, "Ты кто такой? Давай, до свидания!" ifadəsi 2011-ci ildə yayılan məşhur meyxana videosundan sonra internet fenomeninə çevrilmişdi. Musiqi və sözlərin enerjisi Rountree-nin döyüş üslubu ilə uyğunluq təşkil edir və bu da onun psixoloji üstünlük qazanmaq məqsədilə belə bir addım atdığını göstərir.
UFC rəhbərliyi də bu musiqi seçiminə icazə verib və döyüş gecəsində səhnə arxası texniki hazırlıqlar artıq bu istiqamətdə qurulub.
Xalil Rountree-nin Jamal Hill qarşısında necə çıxış edəcəyi maraqla gözlənilir. Lakin artıq bir şey dəqiqdir: onun döyüşə giriş anı Bakıdakı arenada və dünya üzrə milyonlarla izləyicinin yaddaşında qalacaq.
© Copyright 2026, All Rights Reserved