Noa Lanq “Qalatasaray”la vidalaşdı
“Qalatasaray”ın qış transfer pəncərəsində İtaliyanın “Napoli” klubundan icarə əsasında heyətinə qatdığı Noa Lanq komanda ilə vidalaşıb.
90plus.az xəbər verir ki, hollandiyalı futbolçu mövsüm başa çatdıqdan sonra sosial şəbəkə hesabında paylaşım edərək sarı-qırmızılı azarkeşlərə təşəkkür edib:
“Hər şey üçün təşəkkürlər, “Qalatasaray”. Səni sevirəm”.
İstanbul təmsilçisinin rəhbərliyinin 26 yaşlı vingerin transfer hüquqlarını almağı planlaşdırmadığı bildirilir.
Noa Lanq “Qalatasaray” forması ilə keçirdiyi oyunlarda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved