Novak Cokoviç "Uimbldon"da 1/4 finala yüksəldi
Mövsümün üçüncü "Qrand Slam" tennis turniri olan "Uimbldon"da dünya reytinqində 6-cı yerdə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç 1/4 final mərhələsinə yüksəlib.
90plus.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən turnirin səkkizinci günündə baş tutan qarşılaşmada Cokoviç avstraliyalı tennisçi Aleks de Minora qarşı korta çıxıb.
İlk seti 1-6 hesabı ilə uduzan Novak Cokoviç daha sonra oyunun axarını dəyişib və ardıcıl olaraq 6-4, 6-4, 6-4 hesablı setlərlə qalib gələrək matçı 3-1 hesabı ilə qazanıb.
Günün digər qarşılaşmasında isə italiyalı Flavio Kobolli xorvat tennisçi Marin Çiliçi 6-4, 6-4, 6-7 və 7-6 hesablı setlərlə məğlub edərək 3-1 hesabı ilə növbəti mərhələyə yüksəlib. Beləliklə, Kobolli 1/4 finalda Novak Cokoviçin rəqibi olacaq.
© Copyright 2026, All Rights Reserved