Paris-2024: Fransa polisinə qadağa!
Fransa Daxili İşlər Naziri Cerald Darmanin polis üçün keçirdiyi brifinqdə dünyanın hər yerindən nümayəndə heyətlərini qəbul etməyə hazırlaşan ölkənin imicindən narahat olduğunu dilə gətirib.
90plus.az xəbər verir ki, Darmaninin sözlərinə görə, sadəcə bir-iki polis əməkdaşının səhvi qəzet qalmaqalına gətirib çıxara bilər.
"Polis əməkdaşları qarşıdan gələn Olimpiadada qonaqpərvər Fransa obrazını yaratmalıdırlar, buna görə də onlara mobil telefondan və saqqızdan istifadə etmək qadağan olunacaq", - deyə o, qeyd edib.
Qeyd: Hər gün orta hesabla təxminən 35 min polis və jandarm Olimpiadanın təhlükəsizliyini təmin edəcək. Paris 2024 Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Mənbə: smotrim.ru
© Copyright 2026, All Rights Reserved