Olimpiya çempionu 4 illik cəzalandı

Sərbəst güləş üzrə Olimpiya qalibi Bilyal Maxov dopinq qaydalarını pozduğuna görə 4 il yarışlardan kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, 37 yaşlı rusiyalı idmançının 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-dək əldə etdiyi nəticələr etibarsız sayılıb. O, 2015-ci ildə keçirilmiş dünya çempionatında qazandığı iki bürünc medaldan məhrum edilib.
Qeyd edək ki, Maxov bundan əvvəl də Rusiya Antidopinq Agentliyi tərəfindən dördillik cəzaya məruz qalmışdı. Onun 2020-ci ilin qışında verdiyi dopinq nümunəsi müsbət nəticə vermişdi.
Xatırlatma: Bilyal Maxov 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin üç dəfə dünya, bir dəfə isə Avropa çempionu olub.
© Copyright 2025, All Rights Reserved