"Qarabağ" - "Nyukasl" oyununa biletlər satışa çıxarıldı
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la İngiltərənin “Nyukasl” komandası arasında baş tutacaq ilk görüşün biletləri sabah satışa təqdim olunacaq.
90plus.az xəbər verir ki, biletlər gün boyu satışda olacaq və onları yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq.
Xatırlatma: Fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşması saat 21:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved