Qovulan baş məşqçi “Çelsi”ni məhkəməyə verir
“Çelsi”də qalmaqal: Rozenyor məhkəməyə üz tutur.
90plus.az xəbər verir ki, mütəxəssis müqaviləsinin vaxtından əvvəl pozulmasına görə ona ödənilməli olan məbləğin tam şəkildə verilmədiyini iddia edir. Rozenyorun 2032-ci ilin yayına qədər qüvvədə olan uzunmüddətli anlaşması var idi və ilkin hesablamalara əsasən, o, təxminən 24 milyon funt-sterlinq təzminat gözləyirdi.
Lakin London klubu müqavilədə yer alan xüsusi xitam bəndinə istinad edərək bu məbləğin tam ödənilməsindən imtina edib. Məhz bu səbəbdən Rozenyorun hüquqşünasları müqaviləni detallı şəkildə araşdırır və qalan müddət üçün bütün ödənişin təmin olunması məqsədilə məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Xatırlatma: Rozenyor bu ilin yanvarında “Çelsi”nin baş məşqçisi təyin edilmişdi. Lakin komandanın uğursuz çıxışı onun taleyini qısa müddətdə həll edib. London təmsilçisi ardıcıl 5 oyunda məğlub olub və bu görüşlərin heç birində qol vura bilməyib. Nəticədə klub rəhbərliyi aprelin sonunda məşqçi ilə yolları ayırmaq qərarı verib.
Hazırda tərəflər arasında gərginliyin məhkəmə müstəvisinə daşınacağı gözlənilir. Bu isə “Çelsi” üçün həm maliyyə, həm də imic baxımından ciddi problemlər yarada bilər.
© Copyright 2026, All Rights Reserved