"Red Bull"da 20 ildən sonra ayrılıq
"Red Bull" Kristian Horner ilə yolları ayırır.
90plus.az xəbər verir ki, Formula 1-də bu mövsüm gözlənilən nəticələri əldə edə bilməyən "Red Bull" komandasında uzun illərdir rəhbərlik edən Kristian Horner ilə yolların ayrılması gündəmə gəlib. Hollandiyanın nüfuzlu mətbuat orqanlarından biri "Red Bull" rəhbərliyinin son bir ildə həm komandanın performansının aşağı düşməsi, həm də Hornerə qarşı irəli sürülən təcavüz iddiaları səbəbilə onunla yollarını ayırmağı düşündüyünü yazıb.
Hornerin yerinə Franz Tost və Oliver Oakesin namizədliyi irəli sürülüb. Qərarın 2025-ci ilin "Imola Grand Prix"dən sonra veriləcəyi bildirilib. Horner 2005-ci ildən bəri "Red Bull"un rəhbəridir və komandanı 8 sürücü və 6 istehsalçı çempionluğuna daşıyıb. Lakin bu mövsüm yalnız 6 yarışdan birində qalib gələn "Red Bull" 2024-cü ildə üçüncü yeri tutmuş və 2025-ci ildə lider Oskar Piastri ilə arasında 32 xal fərq yaranmışdır.
Bundan əlavə, Hornerin 2024-cü ilin əvvəlində bir işçisinə qarşı sərt davranış iddiaları ilə üzləşməsi də gündəmə gəlmişdi. Horner bu iddiaları rədd etsə də, İngiltərədəki məhkəmə prosesi hələ davam edir .
"Red Bull"un gələcək rəhbərliyi ilə bağlı müzakirələr davam edir və komandanın yeni rəhbərinin kim olacağı Formula 1-in gələcək mövsümlərində böyük əhəmiyyət kəsb edəcək.
© Copyright 2026, All Rights Reserved